İranda İdlib qeyri-müəyyənliyi: Ərdoğanın xəbərdarlığı...

9-09-2018, 09:49           
İranda İdlib qeyri-müəyyənliyi: Ərdoğanın xəbərdarlığı...
Küveyt qəzetləri bir neçə gün öncə Tehran zirvəsində Rusiya, Türkiyə və İran liderlərinin fərqli mövqeyini dəyərləndirib.

Axar.az xəbər verir ki, Küveytin “Ər-Ray” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “müxaliflərin dəstəkçisi” kimi göstərərək, onun İdlibin qan gölünə dönməməsi üçün etdiyi xəbərdarlıq və atəşkəs çağırışından yazıb.

Qəzetdə həmçinin Ərdoğanın "Rejimin maraqları naminə onminlərlə məsum insanın ölümünə göz yumulacağı təqdirdə, Türkiyə bu oyuna ortaq olmayacaq və tamaşa etməyəcək" sözləri vurğulanıb.

“Əl-Kabes” qəzeti isə "Tehran zirvəsi: İdlib taleyində qeyri-müəyyənlik" başlığı ilə oxucularına görüş barədə məlumat verib. Xəbərdə zirvənin böhran üçün konkret nəticə əldə etmədən başa çatdığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru