Tramp uyğurların müdafiəsinə qalxdı - ÇİNİ HƏDƏLƏDİ

11-09-2018, 21:34           
Tramp uyğurların müdafiəsinə qalxdı - ÇİNİ HƏDƏLƏDİ
ABŞ uyğur türkləri ilə əlaqədar Çinə sanksiya tətbiq eləməyə hazırlaşır. Vaşinqton ilk dəfə Çini insan hüquqlarının pozulması üçün cəzalandırmaq niyyətindədir. Müsəlman uyğur türklərini hədəfə alan insanlıqdankənar cinayətlər, Çinin uyğur türkləri və müsəlman azlıqlara qarşı repressiyaları artıq neçə aydır ki, Ağ Evdə müzakirə edilir.

“Nyu-York Tayms” nəşrinin Ağ Evin əməkdaşlarına istinadla verdiyi xəbərə görə, Tramp hökuməti bununla əlaqədar Çin şirkətlərinə və rəhbərlərinə qarşı sanksiyalar tətbiq eləməyə hazırlaşır. Ağ Ev, XİN və Maliyyə Nazirliyində məsələ ilə bağlı müzakirələr davam edir.

İqtisadi sanksiyalardan əlavə, uyğur türklərini təqib eləməkdə istifadə edilən ABŞ texnologiyasının Çinə satışının da məhdudlaşdırılması planlaşdırılır.

Sanksiyaların tətbiq ediləcəyi təqdirdə, ABŞ hökuməti ilk dəfə olaraq, Çin hökumətini insan hüquqlarının tapdalanması ilə əlaqədar cəzalandırmış olacaqdır.

Ötən ay BMT 2 milyon nəfərə yaxın uyğur türkünün Çində təlim düşərgələrinə aparıldığını və onlara kommunist ideologiyasının aşılandığını bildirmişdi.

Çin XİN-in mətbuat katibi Xua Çunni Amerika rəhbərliyinin Pekin iqtidarının Səncanda insan hüquqlarını pozması ilə əlaqədar sanksiyalar tətbiq eləmək addımı ilə bağlı açıqlamasında Çində insan hüquqlarının Amerikadakından daha yaxşı qorunduğunu iddia edib.

İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı da dünənki açıqlamasında Çin hökumətinin ölkənin şimal-qərbindəki Səncn Uyğur Muxtariyyətindəki uyğur türklərinin hüquqlarının sistemli şəkildə pozulduğunu bildirmişdi.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru