Türk qız İsrail ordusunda Fələstinə qarşı - FOTO
12-09-2018, 12:22
Qəzza bölgəsində “Həmas”ın təmizlənməsi üçün əməliyyat başlanıb. Birliklərimiz 5 kilometr məsafədə Qəzzanın içərilərinə doğru irəliləyib.
Dia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İsrail ordusunda xidmət edən türk qızı Sabiha İrəm Çevik bir neçə gün öncə sosial şəbəkədə paylaşıb.
Türk qızın paylaşımı, habelə əməliyyat zamanı canlı yayıma çıxması Türkiyədə ciddi rezonans yaradıb. Paylaşımlarına yazılan söyüş və təhqiramiz ifadələrdən dolayı Sabiha İrəm Çevik sosial şəbəkə hesabını bağlayıb.
İsrail ordusunda xidmət edən türk qız Urfada doğulub. Həm Türkiyə, həm də İsrail vətəndaşı olan şəxslər hansı dövlətdə hərbi xidmət keçəcəyini özü seçir.
Amma Türkiyədə xanımlar hərbiyə çağırılmadığı üçün iki ölkə vətəndaşlığı olan qadınlar əsasən İsrail ordusunda xidmət etməli olur.
Sabiha İrəm Çeliyin Təl-Əvivin məşhur liman bölgəsi Yafada yaşadığı bəllidir. O, İsrail ordusunun Fələstinə qarşı həyata keçirdiyi əməliyyatlarda aktiv rol oynayır. İsrail ordusuna 2017-ci ildə xidmətə başlayan türk qız 2019-cu ilin avqustunda tərxis ediləcək.