Suriyalı qaçqınları daşıyan avtobus aşıb - Yaralananlar var - FOTO
13-09-2018, 04:57
Deportasiya edildiyi üçün İstanbuldan Suriya sərhədinə aparılan içərisində suriyalı qaçqınların yerləşdiyi avtobus, Aksarayda yoldan çıxaraq aşıb.
Open.az Posta.com-a istindən xəbər verir ki, qəza, saat 00.15 sıralarında Aksaray-Ankara Avtomobil Yolunun 45-ci kilometrində baş verib.
İddiaya görə, deportasiya olunub İstanbuldan Suriya sərhədinə aparılan qaçqınları daşıyan və içərisində polislərin də olduğu 34 RHK 91 nömrəli avtobus, Altınkaya Kəndi yaxınlığında sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində yoldan çıxaraq devrildi.
Qəzada 23 suriyalı qaçqın ilə 17 polisin olduğu avtobusda çox sayda adamın yaralandığı bildirilib. Qəzadan sonra hadisə yerinə bir neçə təcili yardım, yanğınsöndürmə və polis dəstəsi sövq edilib.