İmam prezidentə müraciət etdi … – İşdən qovuldu

13-09-2018, 15:37           
İmam prezidentə müraciət etdi … – İşdən qovuldu
Daşkəndin böyük məscidlərindən birinin imamı Fazliddin Parpiyev Özbəkistan prezidenti Şövkət Mirziyəyevə ünvanladığı videomüraciətə görə cəzalandırılıb. “AzPolitika” Rusiya mətbuatına istinadla bildirir ki, prezidentə ölkədə din azadlığının boğulduğuna dair gileyini çatdıran imam bu cəsarətinə görə işindən azad edilib.

Bu hadisə dinin kifayət qədər güclü dayaqlara malik olduğu Özbəkistanda geniş rezonans doğurub. Videomüraciətində F.Parpiyev güc strukturlarından şikayətlənib. İmam bildirib ki, güc nazirliklərinin təmsilçiləri saqqal saxlayan və hicab geyinən müsəlmanlara qarşı güclü təzyiq göstərir, onları təqib edir. F.Parpiyev prezidentdən xahiş edib ki, ölkədə din azadlığını təmin etsin və ondan dindarlara qarşı qanunsuzluğa yol verən vəzifəlilərin cəzalandırılmasını istəyib.

Bu müraciətindən 2 gün sonra ölkənin baş dini idarəsi imamın paytaxtdakı “Omina” məscidindəki görəvindən azad edildiyi barədə əmr verib. F.Parpiyev özü isə sözügedən müraciətindən sonra güc strukturlarının atasının vasitəsilə ona təzyiq etdiklərini deyib və bildirib ki, ondan prezidentə söylədiklərinə görə rəsmən üzr istəyərək, təəsüf etdiyini söyləməsi tələb olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.