Türkiyə Antraktidada söz sahibi olacaq - Foto

14-09-2018, 08:41           
Türkiyə Antraktidada söz sahibi olacaq - Foto
Türkiyə hökuməti Antraktida qitəsində söz sahibi olmaqüçün 3-cü səfərin hazırlıqlarına başlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildə artıq qitədə Türk Elmi Koloniyasının təməli qoyulacaq.

Bunun üçün İstanbul Texniki Universitetinin alimlərindən ibarət işçi qrupu üçüncü dəfə qitəyə yollanmağa hazırlaşır.


Bundan öncə isə türk alimlərindən ibarət heyət qitədə 2 dəfə kosmik, dəniz, Yer kurəsi və canlılarla bağlı araşdırmalar aparıb. Hazırda Türkiyə “Antraktida” qitəsi ilə bağlı məsələlərdə “müşahidəçi” mövqeyində çıxış edir.

Qitədə söz sahibi olmaq üçün isə alimlərdən ibarət ekspedisiya qrupu 3 dəfə buraya səyahət etməlidir. 2019-cu ildə keçiriləcək ekspedisiyadan sonra isə qitədə artıq türk bayrağı dalğalanmağa başlayacaq.

Qeyd edək ki, ekspedisiya bir başa olaraq Türkiyə prezidentinin rəhbərliyi altında hazırlanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.