“İsrail ordusunda bir Türk” xəbəri ilə gündəm olmuşdu: Əsl həqiqət ortaya çıxdı

14-09-2018, 09:47           
“İsrail ordusunda bir Türk” xəbəri ilə gündəm olmuşdu: Əsl həqiqət ortaya çıxdı
İsrail ordusunda ötən il xidmət etdiyi və sosial mediadan hərbi geyimli fotolar paylaşdığı iddia edilən Şanlıurfadan Halfetili Sabiha İrəm Çevik ortaya çıxıb. Halfetidə yaşayan Kasım - Aydan Çevikin altı qızının ən kiçiyi olan Çevik, adının internetdə yer almasından sonra dünən Qaziantep Şahinbey Polis Mərkəzinə gedərək şikayətçi olub.

Universiteti tərk edib, ötən ay Cümə Karlangıç ilə evlənən və Qaziantepə köçən Çevik, "Bu günə qədər heç xaricə çıxmadım. Kimliyimi də itirməmişəm. Mənim adımın belə alçaq, qəlbə toxunan bir şəkildə işlədilməsinə qəzəbim böyükdür. Adımın istifadə edilməsi ilə bağlı şübhələndiyim adamlar var. Bunları polisdəki ifadəmdə də qeyd etdim. Həm mənim, həm də həyat yoldaşımın qohumlarından çox sayda telefon zəngləri oldu. İsrail hərbi paltarları ilə çıxan foto qətiyyən mən deyiləm. Ancaq ad mənimdir. Biz həssaslıqları olan insanlarıq. İsrail ordusunun Fələstində Qəzzada Müsəlmanlara etdikləri aşkardır, mənim adımın bu şəkildə çıxmasına qəzəbim böyükdür" deyib. Böyük təpkiyə səbəb olan İsrail hərbi paltarındakı paylaşma saxta addan istifadə etdiyi ortaya çıxıb.
Əsl Çevikin söylədikləri:

ZALIMLARLA ADIM ÇİRKLƏNDİRİLMƏMƏİLİDİR

“İsrailin illərdir Müsəlmanlara necə zülm etdiyini, uşaqlığımdan bəri gördüm. Atam Halfeti də əkinçilik edərək dolanışığını qazanır. İndiyə qədər heç xaricə getmədim, pasportum da yoxdur. Ailəmdən də xaricə gedən yoxdur. İsrail ilə bir bağım əlaqəm yoxdur. Həyatımda belə bir şey eşitmədim, bilməmişəm. Bu gün səhər hadisəni eşitdim, xalamın qızı mənə bir foto göndərəndə şok oldum. Fotodakı mən deyiləm, amma adım, familiyam və məmləkətim yazılaraq mənim qarşıma bir böhtan atılıb. Bunu edənlər mütləq bizi tanıyan birləridir.
Sizdən əvvəl kəşfiyyatdan gəlib, məlumat aldılar. Sonra da məntəqəyə gedib, şikayətçi oldum. Dava açıb, adımın internetdə bu şəkildə hallanmasının qarşısını alacağam. Gələcəkdə uşaqlarımız bizim adımızı bu şəkildə görməməlidir. Uşaqlığım və gəncliyim İsrailin Müsəlmanlara etdikləri pislikləri oxuyaraq keçdi. Mənim belə bir ölkəyə hərbi xidmət etməyim mümkün olarmı? Bir insana böhtan ataraq belə bir pislik edənin vicdan yoxdur. Ədalət qarşısında hesablaşacağam”.
Müxalifət.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.