Türkiyədə Bakının azad olunmasının 100 illiyi qeyd edilir

15-09-2018, 08:22           
Türkiyədə Bakının azad olunmasının 100 illiyi qeyd edilir
Türkiyə XİN-i Bakının bolşevik-daşnak işğalından Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi münasibətilə bəyanatla çıxış edib.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

«Hörmət və ehtiramla Bakı uğrunda döyüşlərdə həlak olan Qafqaz İslam Ordusunun 1132 əsgərin, eyni zamanda, öz vətənləri üçün həyatlarını qurban verən azərbaycanlı qardaşlarımızın xatirəsini hörmətlə yada salırıq. Bu ildönümü Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrinin "Bir millət- iki dövlət" prinsipi üzərində qurulan ən mühüm mərhələlərindən biridir.

Bəyanatda həmçinin qeyd edilir ki, Bakının azad edilməsi ölkə paytaxtını Gəncədən Bakıya köçürülməsinə imkan verdi, dövlətin ərazi bütövlüyünün təmin olunmasına şərait yaratdı, həmçinin Azərbaycanın indiki sərhədlərinin yaranması üçün əsas oldu. "Qafqaz İslam Ordusunun qazandığı bu böyük qələbənin ildönümü Türkiyə və Azərbaycan qardaşlığı və həmrəyliyini simvolizə edir", - bəyanatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru