İlber Ortaylı Bakıda

15-09-2018, 10:37           
İlber Ortaylı Bakıda
Türkiyənin tanınmış tarixçilərindən olan professor İlber Ortaylı Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat qarşılayıb.

TÜİB sədri Hüseyin Büyükfıratın dəvəti, Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoralın dəstəyi ilə ölkəmizə təşrif buyuran İlber Ortaylı Azərbaycanın 100-cü il proqramlarına qatılacaq.

Saytımıza eksklüziv açıqlama verən tanınmış tarixçi paytaxtımıza gəldiyi üçün həyəcanlı olduğunu bildirib: “Azərbaycanı çox sevirəm. Bura üçün çox darıxıram. Bakıda olduğum üçün çox həyəcanlıyam. Sabah baş tutacaq paradı səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, cənab səfir və həyat yoldaşı Meltem xanım İlber Ortaylının tələbəsi olublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.