Meşədə tapılan cəsəd 19 il öncə yoxa çıxan Türkiyə vətəndaşına aid olub – ALMANİYAda

15-09-2018, 14:51           
Meşədə tapılan cəsəd 19 il öncə yoxa çıxan Türkiyə vətəndaşına aid olub – ALMANİYAda
Almaniyada 2017-ci ildə meşədə tapılan insan sümüklərinin 19 il öncə yoxa çıxan Mahmut Caner adlı Türkiyə vətəndaşına aid olduğu orataya çıxıb. AzEuroNews.com xəbər verir ki, M.Canerə aid sümüklər 2017-ci ildə Hessen Əyalətinin “Bischoffen Oberweidbach” bölgəsindəki bir meşədən tapılıb. “Qaçıb başqa bir yerdə həyatını qurdu” deyilən Mahmut Canerin qətlə yetirildiyi dəqiqləşdirilib.

Məlumat üçün qeyd edək ki. Mahmud Caner 3 may 1999-cu ildə yoxa çıxıb. Alman polisi və prokurorluğu onun itkin düşməsi ilə bağlı işi 2000-ci ildə bağlayıb.

Hazırda Hessen Federal Daxili İşlər Nazirliyi bu cinayətin aydınlaşdırılmasına kömək edəcək şəxslərə 5 min avro pul mükafatı vəd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru