İraq türkmanları təhlükədə - Qətliam baş verə bilər

24-09-2018, 16:58           
İraq türkmanları təhlükədə - Qətliam baş verə bilər
İraqın Kərkük şəhərindəki türkmanlar PKK terror qruplaşmasının şəhərə sızmaq cəhdlərindən böyük narahatlıq keçirir. Əhali terror qruplaşmasının türkmanlara qarşı qətliam törətməsindən ehtiyat edir.

Axar.az xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsinin Kərkük üzrə nümayəndəsi Məhəmməd Saman danışıb.

Kərkükdəki türkmanlar PKK terrorçularının təxminən bir il əvvəl şəhəri tərk edən peşmərgə və asayiş qüvvələrinin keçmiş mənsubları adı altında bölgəyə geri döndüklərini və türkmanları narahat etməyə başladıqlarını bildiriblər.

“PKK terror qruplaşması yenidən Kərkükün müxtəlif bölgələrində yerləşməyə başlayıb. Terrorçular kirayə qalmaq üçün xüsusilə İraq Türkman Cəbhəsi binaları yaxınlığında mənzillər seçirlər”, - Saman bildirib.

Saman eyni zamanda kürd siyasi partiyalarının Bağdadda yeni hökumətə qatılmaq üçün irəli sürdükləri “peşmərgə qüvvələrinin yenidən Kərkükə qayıtması” şərtinin də narahatlıqlarını artırdığını dilə gətirib:

“Peşmərgə və kürd asayiş qüvvələri arasında PKK terror qruplaşması üzvləri də olacaqdır. PKK-nın türkmanlara qarşı qətliam təşkil edə biləcəyindən narahatıq. Yenidən o günləri yaşamaq istəmirik. Kərkükdə təhlükəsizliyin tək mərkəzi Bağdad hökuməti olmalıdır. Silahın dövlətin əlində olmasını istəyirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.