PKK/YPG terrorçuları ərəbləri GÜLLƏLƏDİ – İŞİD-lə mübarizə adı altında QANLI İŞĞAL

24-09-2018, 20:25           
PKK/YPG terrorçuları ərəbləri GÜLLƏLƏDİ – İŞİD-lə mübarizə adı altında QANLI İŞĞAL
Amerika onlara minlərlə tır silahı İŞİD ilə mübarizə üçün göndərmişdi, yoxsa?...

Hurriyyet.org xəbər verir ki, PKK/YPG terror təşkilatı Suriyada işğal elədiyi Rakka vilayətində təşkilatın zorla səfərbərliyə cəlb eləmək qərarına etiraz edən Əl-Xatuniyyə kəndinə basqın edərək ərəb millətindən olan 7 nəfər dinc vətəndaşı öldürüb.

PKK/YPG terror təşkilatı Suriyada işğal elədiyi bölgələrdə xalqa təzyiq artırmaqla yanaşı, gəncləri də zor gücünə öz sıralarında döyüşməyə məcbur edir.

Yerli mənbələrin məlumatına görə, PKK/YPG terror təşkilatı işğal elədiyi Rakka vilayətində gəncləri zorla səfərbərliyə cəlb eləmək üçün ötən həftə Əl-Xatuniyyə kəndinə öz yaraqlılarını göndərib. Kənd əhalisi isə gənclərin zorla tutulmasına etirazını bildirib. Bundan sonra terrorçular ilə yerli əhali arasında gərginlik baş verib. Kəndlilər işğalçıların kənddəki binaına hücum edərək, 3 avtomobili yandırıblar. Bu hadisənin ardından PKK/YPG kəndə əlavə terrorçu göndərərək, 8 min evin olduğu ərəb kəndində 7 nəfər vətəndaşı öldürüb, çox sayda sakini tutub saxlayıb.

Kənddəki qadın və uşaqları döyən terrorçular bir neçə evi yandırıblar.

Üç gündür ki, kənd terrorçuların mühasirəsində saxlanılır.

Yerli mənbələr neftlə zəngin Deyr əz-Zor rayonunun işğal altında olan Süveydan Cezire kəndində də terrorçuların dinc vətəndaşlara məxsus bəzi iş yerlərini yandırdıqlarını yazır. PKK/YPG terrorçuları iş yerlərinin yıxılmasına etiraz edən kəndliləri silah gücü ilə uzaqlaşdırmağa çalışıb, etiraz nümayişlərində iştirak edən bir çox dinc vətəndaşı həbs ediblər.

PKK/PGK ilə kəndlilər arasında gərginlik davam edir.

“Anadolu Agentliyi”nin hesablamalarına görə, Suriya torpaqlarının 28%-i YPG/PKK-nın işğalı altındadır.

Qeyd edək ki, indiyə qədər ABŞ sözdə İŞİD terrorçuları ilə savaşan YPG/PKK terrorçularına 5 min tırdan artıq silah göndərib. Suriyada İŞİD təhlükəsi artıq uzun müddətdir ki, sovuşmaq üzrə olsa da, terror və qan tökülməsi bitməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.