Ölkədə 61 zabit həbs edildi

24-09-2018, 20:34           
Ölkədə 61 zabit həbs edildi
Ankara Baş Prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədar açılan cinayət işi çərçivəsində yüksək rütbəli zabitlər daxil olmaqla ölkənin dəniz və quru qoşunlarında xidmət edən 61 şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Unikal.org bildirir ki, həbs olumalarına dair əmr verilən 61 hərbçidən 18-i hazırda aktiv hərbi qulluqda olanlardır. Ümumilikdə isə, 61 şübhəli siyahısına Quru Qoşunları Komandanlığının 13 mayoru və 12 kapitanı, Dəniz Qüvvələri Komandanlığının 24 baş leytenantı, 7 leytenantı və 5 çavuşu daxildir.

Prokurorluqdan bildirilib ki, şübhəlilərin FETÖ-nün məhrəm imamları ilə taksafonlarla və axtarış sistemləri vasitəsilə vaxtaşırı əlaqə saxladıqları müəyyənləşdirilib.

Türkiyə polisi barəsində həbs qətimkan qərarı çıxarılan şübhəlilərin saxlanılması və inzibati prosedurlar üzrə əməliyyatlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru