Ərdoğana görə 5 min polis səfərbər ediləcək

25-09-2018, 08:04           
Ərdoğana görə 5 min polis səfərbər ediləcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri ilə bağlı Berlin və Kölndə hazırlıqlar davam etdirilir. AzEuroNews.com xəbər verir ki, Türkiyə prezidentinin Berlin səfəri ilə bağlı 5 min polis səfərbər ediləcək.

Ərdoğan Berlindəki lüks “Adlon” otelində qalacaq. İndidən oteldə 100 otaq ayrılıb. Otelin dörd bir tərəfini xüsusi təyinatlı polis qüvvələri qoruyacaq.

Türkiyə prezidenti Berlindən sonra Kölnə gələcək. O, burada “Köln mərkəz camesi”nin rəsmi açlışını edəcək. Avropada yaşayan türklərin Ərdoğanı görmək üçün Kölnə toplaşacağı gözlənilir. Bu səbəbdən alman polisi “Köln mərkəz camesi” ətrafında təhlükəsizlik tədbirlərini gücləndirəcək.


Məlumat üçün qeyd edək ki, Almaniyanın müxalifət partiyaları Ərdoğanın rəsmi qarşılanmasına etiraz edir. Onlar Ərdoğanın şərəfinə veriləcək ziyafətdə iştirak etməkdən imtina ediblər. Şimali Reyn Vestfaliya əyalətinin baş naziri də Kölndəki məscidin açlışına qatılmayacağını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru