Ərdoğan BMT-də Qafqazdakı savaşa diqqəti çəkdi, ABŞ-ı ittiham etdi:"...gələcəkdə bunun acısını da çəkəcəklər"

25-09-2018, 21:29           
Ərdoğan BMT-də Qafqazdakı savaşa diqqəti çəkdi, ABŞ-ı ittiham etdi:"...gələcəkdə bunun acısını da çəkəcəklər"
Türkiyə prezidenti Ərdoğan bu gün BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında bölgədəki münaqişə ocaqlarından da danışıb.

Strateq.az xəbər verir ki, Ərdoğan Rusiya ilə Soçidə analaşaraq, İdlibdə töküləcək qanın qarşısına keçdiklərini bildirib:

“Biz Rusiya ilə razılaşaraq, Əsəd rejiminin İdlibə hücumunun qarşına keçdik. Bununla da digər bölgələrdə yaşanan qətliamların İdlibdə təkrarlanmasını əngəllədik, Suriyada siyası həll yolunu açıq saxladıq. Bizim hədəfimiz Suriya torpaqlarının tamamından terrorçuları təmizləməkdir. Biz terror qruplarına qarşı birmənalı mövqe olmasını istəyirik. Hansı ki, bu terror qruplarını silahlandıranlar gələcəkdə bunun acısını da çəkəcəklər“.

Ərdoğan üzv ölkələrə səslənərək deyib ki, Suriya, Iraq, Yəmən, Əfqanıstan, Ukrayna, Liviya kimi, Balkan, Qafqaz kimi potensial problemli bölgələrində də səmimi hərəkət olunmalıdır: “Terror qruplarının hamısı bütün gücünü silahlı idarəçilərdən almır. Məsələn, bizim ölkəmizdə 15 iyulda yaşanan çevriliş gecəsində vətəndaşlarımızı öldürən FETÖ belə bir qruplaşmadır. Yaxşı, bu terror qrupunun başı hardadır? Bu qrupun başı Amerikadan dünyanın 160 ölkəsinə terror əsdirməkdədir…”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.