Türkiyəli jurnalistlər ABŞ-da təhlükə ilə üzləşdilər

26-09-2018, 19:22           
Türkiyəli jurnalistlər ABŞ-da təhlükə ilə üzləşdilər
BMT Baş Assambleyasını işıqlandırmaq üçün Nyu-Yorka gedən türkiyəli jurnalistlər təhlükə ilə üzləşiblər.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türkiyəli jurnalistlərin qaldığı oteldə yanğın baş verib.

Otelə yanğınsöndürənlər cəlb olunub, binadakılar təxliyyə olunub.

Təhlükəsizliyin qısa vaxt ərzində təmin olunduğu bildirilir.

Qeyd edək ki, hazırda BMT Baş Assambleyasının 73-cü sessiyası keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.