Ərdoğan: "ABŞ-ın Türkiyəyə qarşı sanksiyası müttəfiqlik prinsiplərinə ziddir"

27-09-2018, 07:12           
Ərdoğan: "ABŞ-ın Türkiyəyə qarşı sanksiyası müttəfiqlik prinsiplərinə ziddir"
ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar siyasəti iki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin dövlət başçısı PBS telekanalına müsahibəsində Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz NATO çərçivəsində ABŞ-ın strateji tərəfdaşıyıq. Bizim tərəfdaşımız olan hər bir ölkədə mümkün sanksiyalar barədə danışmaq yersiz olardı. Türkiyə strateji tərəfdaş kimi öz öhdəliklərini həmişə yerinə yetirib, biz bunu bundan sonra da edəcəyik", - deyə o bildirib.

Türkiyənin dövlət başçısı həmçinin ABŞ-ı PKK-nın qolu olan YPG və PYD ilə əməkdaşlıqda əməkdaşlıq etməkdə ittiham edib. "Bizim strateji tərəfdaşımız terrorçu təşkilatla çiyin-çiyinə çalışırsa, bunu qəbul edə bilmərik", - deyə Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru