Ərdoğanın mühafizəsinə cəlb edilənlər terrorçu çıxdı

29-09-2018, 08:48           
Ərdoğanın mühafizəsinə cəlb edilənlər terrorçu çıxdı
Almaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis zabitinin NSU adlı terror təşkilatı ilə əlaqəsi üzə çıxıb.

Axar.az xəbər verir ki, polis zabitləri NSU terror təşkilatının üzvü Uve Böhnhardtinin adını çəkdikləri üçün şübhə yaradıblar. Almaniyanın Saksonya vilayətinin təhlükəsizlik xidməti bu barədə məlumat yayıb. Polislərin tutduqları vəzifədən azad olunacaqları bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə səfərdə olan Ədalət və İnkişaf Partiyasından deputat Mustafa Yeneroğlu insidentlə bağlı kəskin etirazını ifadə edib. Məlumatda qeyd olunur ki, Almaniyada 2000-2007-ci illərdə səkkizi türk olmaqla on nəfəri qətlə yetirən NSU üzvləri Saksonya əyalətində rahat yaşasalar da, indiyədək həbs edilməyiblər. Təşkilatın digər cinayətləri barədə də ətraflı məlumat mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.