Rza Zərrabın qardaşı boşanır

29-09-2018, 15:02           
Rza Zərrabın qardaşı boşanır
ABŞ-da həbs olunan və istintaqla sövdələşərək azadlığa çıxan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın qardaşı Can Zərrab boşanır

O, öz sərvətini həyat yoldaşına verməmək üçün offşor şirkətlər vasitəsilə xaricə qaçırıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə məhkəməyə ifadəsində Can Zərrabın arvadı Nesrin Zərrab məlumat verib. O, boşanmaq üçün məhkəməyə müraciət edəndən sonra ərinin bu addımı atdığını bildirib və evlilikləri müddətində alınan hər şeyin hesabatının aparılmasını tələb edib.

O, qeyd edib ki, həyat yoldaşının Türkiyədə 16, Dubayda 8, İranda 2 şirkəti olub. 2016-cı ildə sərvətini qurduğu offşor şirkətlər vasitəsilə ölkədən qaçırıb. Həmçinin ifadədə qeyd olunub ki, İsveçrədəki şirkətlərinin qurucuları və idarəçiləri fərqli adlar olsa da, əslində hamısı Can Zərraba məxsusdur.

2005-ci ildən evli olan və iki uşaqları olan cütlüyün boşanmasına səbəb isə N. Zərrabın əri tərəfindən dəfələrlə təhqirlərə məruz qalması, başqa qadınlarla aldatılmasıdır. Özünə vurulan maddi və mənvi zərərə görə ərindən 10 milyon təzminat istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru