Qızları döyərək fahişəlik etdirən qadın dəstəsi İstanbulda ələ keçirildi— Başçıları özbək imiş

29-09-2018, 20:21           
Qızları döyərək fahişəlik etdirən qadın dəstəsi İstanbulda ələ keçirildi— Başçıları özbək imiş
İnterpolla axtarışda olan fahişə qadın dəstəsinin lideri, S.K. adlı özbək qadın yaxalanıb.

“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın və dəstə üzvləri İstanbulda ələ keçirilib.

Məlumata görə, qadınların İstanbuldakı fəaliyyəti hüquq-mühafizə orqanlarına hələ 4 ay əvvəl bəlli olub. Aparılan araşdırma zamanl bəlli olub ki, qruplaşma əsasən Orta Asiya ölkələrindən qadınları iş adıyla İstanbula gətirir, daha sonra pasportlarını məhv edib onları təhdidlə və döyərək fahişəlik etməyə məcbur edirmiş.
Hüquq-mühafizə orqanları 14 müxtəlif ünvanda əməliyyat keçirib. Dəstə rəhbəri ilə birlikdə 8 qadın saxlanılıb.

Özbəkistan və Türkəmistan da daxil olmaqla, fərqli ölkələrdən olan 16 qadın qruplaşmanın əlindən xilas edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru