Türkiyə iqtisadiyyatı yeni rekordlar vurdu

1-10-2018, 16:32           
Türkiyə iqtisadiyyatı yeni rekordlar vurdu
\Sentyabr ayında ixracımız 22.6 faiz artımla 14.5 milyard dollara çatıb. Bu, tariximizin sentybar ayı üçün ən yüksək ixrac göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Ruhsar Pekcan deyib.

Nazirin sözlərinə görə, Türkiyənin illik ixrac göstəriciləri də 165.1 milyard dollarla rekord həddə çatıb.

“Sentyabr ayında idxalımız 18.1 faiz azalmaqla 16.4 milyard dollar səviyyəsinə enib. Bununla da ixracın idxalı qarşılama nisbəti 88.4 faizə bərabər olub. Bu isə öz növbəsində son 9 ilin ən yüksək göstəricisidir”, - nazir bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.