Türk dilinin tədrisinə qarşı çıxışlar inqilaba ziddir – Azərbaycanlı millət vəkili

2-10-2018, 08:50           
Türk dilinin tədrisinə qarşı çıxışlar inqilaba ziddir – Azərbaycanlı millət vəkili
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki deputatı Hadi Bahaduri məktəblərdə türk dilinin tədris olunmasına qarşı çıxışları “İran inqilabına zidd” adlandırıb.

Teleqraf.com xəbər verir ki, millət vəkilinin “Teleqram” kanalında onun ana dilinin tədrisi ilə bağlı sözlərini əks etdirən poster dərc olunub.

“Türk dilinin məktəblərdə tədris olunması konstitusiyanın 15-ci maddəsində qeyd olunub, biz isə qanundankənar heç nə istəmirik. Yerli dillərin məktəblərdə keçilməsi sərbəstdir və mütləq tədris olunmalıdır. Buna qarşı çıxanlar əslində konstitusiyaya qarşı çıxırlar.

Biz elə buna görə inqilab edib, şəhidlər vermişik. Konstitusiya inqilabın nizamnaməsidir, buna qarşı çıxan hər kəs inqilaba qarşıdır və inqilaba zidd şəxslərlə heç bir fərqi yoxdur”.

Hadi Bahadurinin türk dilinin tədrisinə qarşı çıxanları “inqilab əleyhdarı” adlandırması azərbaycanlı sosial şəbəkə istifadəçilərinin xüsusi diqqətini çəkib. Lakin soydaşlarımızın fikrinə görə, millət vəkilləri konstitusiyanın 15-ci maddəsinin icra olunması məsələsini internetdə deyil, parlamentdə gündəmə gətirməlidirlər.

Hadi Bahadurinin Azərbaycan xalqını İran İslam Respublikasının müdafiəçisi kimi təqdim etməsi isə azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.

Onu da bildirək ki, millət vəkili bu sözləri əvvəlcə “Təbriz mən” yerli xəbər agentliyinin müxbirinə danışıb, sonra isə “Teleqram” kanalında yerləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.