Türkiyədə bu məhşur sayt 11 milyon cərimələndi

2-10-2018, 21:59           
Türkiyədə bu məhşur sayt 11 milyon cərimələndi
Türkiyənin Rəqabət Qurumu "Sahibinden Bilgi Teknolojileri Pazarlama ve Ticaret AŞ"ni (sahibinden.com) hakim vəziyyətini sui-istifadə etməsi səbəbilə 10 milyon 680 min 425,98 lirə cərimələyib.
"Kommersant.az" xəbər verir ki, Rəqabət Qurumunun internet saytında yer alan məlumatlara görə, "sahibinden.com" bazardakı hakim vəziyyətindən sui-istifadə edərək avtomobil, əmlak satışı və kirayəsi xidmətlərində yüksək qiymət tətbiq edib. Bu yolla şirkət "Rəqabətin Qorunması Haqqında" Qanununun "hakim vəziyyətin sui-istifadə edilməsi" ilə bağlı maddəsini pozub.

"Rəqabət Qurumu səs çoxluğu ilə şirkətin bu bazarlarda ifrat qiymət tətbiqi yolu ilə hakim vəziyyətini sui-istifadə etdiyi qərarına gəlib",- açıqlamada deyilir.

Bu səbəblə "sahibinden.com" 10 milyon 680 min 425,98 lirə cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru