ABŞ Şimali Koreya ilə işbirliyi quran türk şirkətini cəzalandırdı

4-10-2018, 22:48           
ABŞ Şimali Koreya ilə işbirliyi quran türk şirkətini cəzalandırdı
ABŞ Maliyyə Nazirliyi BMT qətnamələrinə rəğmən Şimali Koreya ilə əməkdaşlıqda ittiham olunan şəxslərin və təşkilatların siyahısını genişləndirib.

Oxu.Az xəbər verir ki, bu dəfə siyahıda Türkiyənin “Sia Falcon International Group” şirkəti və onun iki rəhbəri yer alıb.

Sözügedən şəxslər sanksiyalardan yan keçməklə, Şimali Koreyaya malların tədarükünə cəhd ediblər.

Sanksiyalar həmçinin Şimali Koreyanın Monqolustandakı səfirliyinin əməkdaşına tətbiq olunub. Həmin şəxs “Sia Falcon International Group” ilə danışıqlar aparmaq üçün bu il Türkiyədə səfərdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru