Rəsul Xətibi “Qarabağ” komandasının farsdilli aparıcılar tərəfindən lağa qoyulmasına reaksiya verib – VİDEO

5-10-2018, 20:15           
Rəsul Xətibi “Qarabağ” komandasının farsdilli aparıcılar tərəfindən lağa qoyulmasına reaksiya verib – VİDEO
Təbrizin “Traxtur” futbol komandasının keçmiş baş məşqçisi Rəsul Xətibi oktyabrın 4-də Bakının Olimpiya stadionunda farsdilli televiziya aparıcılarının “Qarabağ” komandasını lağa qoymalarını pisləyib.

Bu barədə “Qarabağ”-“Arsenal” görüşü zamanı danışan Rəsul Xətibi İran televiziyası aparıcılarının irqçi yanaşması haqda bildirib ki, aparıcı burada olub və bugünkü “Qarabağ” tərəfdarlarını görsəydi, yəqin ki, utanardı.

“Traxtur”un texniki heyətində məşqçi kimi fəaliyyət göstərən Rəsul Xətibi “Qarabağ”la “Arsenal”ın oyununa da münasibət bildirib: “Bizə udub-uduzmaq çox da mühüm deyil, əsas məsələ birliyimizdir”


O “Qarabağ”a uğurlar arzulayaraq “Yaşasın “Traxtur””, “Yaşasın “Qarabağ”” və “Yaşasın Azərbaycan” sözləri ilə açıqlamasını başa vurub.

Oktyabrın 3-də “İdman Raportu” (Qozareş vərzeşi) televiziya verilişində Məhəmmədrza Əhmədi və Rza Cavdani Azərbaycanın “Qarabağ” komandasını lağa qoyaraq gülüblər.

Komanda ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı verilişdə Azərbaycana qarşı nifrətlərini bu şəkildə nümayiş etdiriblər.

Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədi ilə gülür.

Farsdilli aparıcıların bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb. /GünAz TV/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru