Ərdoğan nöqtəni qoydu:"Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq" 7-10-2018, 20:33 “Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil”.Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı deyib.“Biz BVF-nin kreditlər səhifəsini bağlamışıq ki, bir daha onu açmayaq”, – deyə dövlət başçısı vurğulayıb/Report.Xatırladaq ki, son həftələr Türkiyənin BVF-dan kredit götürəcəyi ilə bağlı intensiv xəbərlər yayılırdı. Facebook-da paylaş