Türkiyə Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşır

8-10-2018, 19:01           
Türkiyə Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşır
Türkiyənin iş adamları, siyasətçilər Krımla əməkdaşlığı inkişaf etdirmək və yarımadanın Rusiyaya bağlı olduğunun tanınması məsələsində işlər görmək məqsədilə Rusiya-Kırım-Türkiyə hərəkatını qurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Krım millət vəkili Ruslan Balbek məlumat verib.

"Rusiya-Kırım-Türkiyə hərəkatının əsas məqsədi Krımın statusunu beynəlxalq birlik tərəfindən tanınması üçün qüvvələrimizi birləşdirməkdir. Hərəkatın digər məqsədi Krımın Türkiyənin Rusiyaya qapısı olmaqla yanaşı, İpək yolunun geri qaytarılması üçün də mühüm rol oynamaqdır", - Balbek söyləyib.

Qeyd edək ki, daha öncə Krımda olan “Rusiya-Krım-Türkiyə” hərəkatının rəhbəri Yazdan Qaya Türkiyədən on biznesmenin Krıma səfər edəcəyi barədə məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru