İstanbulda yoxa çıxan Qaşıqçının son fotosu

9-10-2018, 10:34           
İstanbulda yoxa çıxan Qaşıqçının son fotosu
İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna girdikdən sonra müəmmalı şəkildə yoxa çıxan jurnalist Camal Qaşıqçının son fotosu yayılıb.

Axar.az xəbər verir ki, “Vaşinqton Post”un yaydığı fotoda Qaşıqçının konsulluğa giriş vaxtının 2 oktyabr saat 13:14 olduğu görünür. Nəşrin foto ilə birlikdə təqdim etdiyi materialda Qaşıqçının nişanlısı Xədicə Çingizin sözlərinə yer verilib və “Camal haradadır?” başlığından istifadə olunub.

Qeyd edək ki, İstanbulda yoxa çıxan səudiyyəli müxalif yazar həm də “Vaşinqton Post”un müxbiridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru