Bosfor boğazından çıxarkən iki tanker toqquşdu - VİDEO

9-10-2018, 13:17           
Bosfor boğazından çıxarkən iki tanker toqquşdu - VİDEO
İstanbul sahillərində “Yenikapı” limanı yaxınlığında iki tanker toqquşub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən 130 metrlik “TK Rotterdam” gəmisi Bosfor boğazından çıxarkən Panama bayrağı altında üzən 165 metrlik “Bosphorus King”tankerinin göyərtəsinə çırpılıb.

Hadisə yerinə xilasetmə qrupları və sahil mühafizə qayıqları göndərilib.

Qəza nəticəsində xəsarət alan olmayıb, tankerlər cüzi əzilib.

Hadisənin təfərrüatları aydınlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru