MHP liderinin “Dilinizi kəsər, ağılınızı başınızdan alarıq” təhdidinə sərt cavab gəldi: “Get, evində otur…” –Baxçalı ilə Akşener üz-üzə gəldi

10-10-2018, 07:16           
MHP liderinin “Dilinizi kəsər, ağılınızı başınızdan alarıq” təhdidinə sərt cavab gəldi: “Get, evində otur…” –Baxçalı ilə Akşener üz-üzə gəldi

Bir qrup MHP üzvünün “İYİ” partiyanın lideri Meral Akşenerin evinin qarşısında gecə vaxtı keçirdiyi etiraz aksiyası iki partiya arasında gərginliyi şiddətləndirib.

Strateq.az xəbər verir ki, bu gün parlamentdə hər iki partiya lideri yüksək təhlükəsizlik tədbirləri ilə zala daxil olublar.

Bundan sonra MHP lideri Dövlət Baxçalı parlamentdəki partiyadaşları ilə keçirdiyi brifinqdə Meral Akşeneri ağır ifadələrə təhdid edib: “Bir qadın ona etiraz edənlərə pəncərəsini açıb “Ulan, gəlin məni vurun” deyərmi? Bu, necə təxribatdır, bu, nə zehniyyətdir? Bu, bir qadına yaraşarmı?”.

MHP lideri daha sonra deyib ki, partiyasına dil uzadanların dilini, əl uzadanların əlini kəsərlər: “Ayağımıza dolananlara elə zərbə vurarıq ki, ağılı başından çıxar”.

MHP liderindən gələn bu açıq təhdidlərə Akşenerin cavabı daha sərt olub.

O, Baxçalının yaşlı olmasına işarə vuraraq, “Sizə ayırmağa vaxtım yoxdur. Get evində otur, biz məmləkət məsələləri ilə məşğul olarıq”, – deyə təhdidlərə belə cavab verib: “Biz belələrindən nə qorxarıq, nə əyilərik, nə sınarıq. Biz qartal sürüsüyük. Dəmirdən qorxan qatara minməz. Ağıllı olun…”.

Akşener deyib ki, Baxçalı siyasətə qara ləkədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.