“Ələvilik bir üsyan hərəkatıdır” - Gizli şahidlərdən QORXUNC İFADƏLƏR

10-10-2018, 08:16           
“Ələvilik bir üsyan hərəkatıdır” - Gizli şahidlərdən QORXUNC İFADƏLƏR
Türkiyəyə qarşı casusluqda ittiham edilərək 35 ilə qədər həbs cəzası verilməsi tələb edilən rahib Endrü Bransonun 12 oktyabr tarixində keçiriləcək növbəti məhkəməsi ərəfəsinsə gizli şahid ifadələri ortaya çıxıb. Şahidlərin sözlərindən casus-keşişin ətrafının Türkiyə ələvilərindən ölkədə qarışıqlıq yaratmaq niyyətilə istifadə planları üzə çıxıb.

Şahidlər bazar günləri saat 11.00-da Bedroz adlı bir keşişin Didim Ələvi Bekdaşi Kültür Dərnəyi və Cem evində ayin keçirdiyini bildrərək, onları dəvət elədiyini, lakin məqsədinin başqa olduğunu başa düşdükləri üçün onun dəvətini qəbul eləmədiklərini bildiriblər. Şahidlərin ifadəsində aşağıdakı məlumat verilir: “Bu şəxslərin olduqları yerdə əhali kütləsinə görə hərəkət etdiyi, Didimdə hədəf kütlələrinin süryanilər, kürd kimi görünən ermənilər, ələvilər, azgəlirli kürd vətəndaşlar olduğunu gördüm. Əcnəbilər Didimi Türkiyənin xilas edilmiş bölgəsi hesab edirlər. Həmçinin, indi adını xatırlaya bilmədiyim bir professor da “Gəzi hadisələri” zamanı ələviliklə bağlı 11 hissəli konfrans vermişdi və burada üstüörtülü şəkildə ələviliyin bir üsyan hərəkatı olduğundan bəhs edərək, sanki gəzi hadisələrinə psixoloji təməl yaradırdı. Bu konfranslar avropalıların maliyyələşdirdiyi bir Ələvi institutu tərəfindən həyata keçirilmişdi. Bir vətəndaş olaraq sənət qalareyasında gördüyüm mənzərə və fəaliyyətlər daha çox Türkiyənin etnik quruluşunun təbəqələşdirilməsi məsələsinə xidmət edirdi”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.