PKK-çı Murad Karayılanın azğınlıqları: Azyaşlı qızları zorlayır
10-10-2018, 08:19
Təhlükəsizlik mənbələrindən alınan məlumatlara görə, təslim olan bir terrorçu ifadəsində, təşkilat rəhbərlərindən Murad Karayılanın yanlış münasibətlər içində olduğunu, pozğun istəklərə tabe olanların mükafatlandırıldığını, buna əməl etməyənlərin də edam edildiyini bildirib.
Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, təhlükəsizlik mənbələrindən alınan məlumatlara görə, oktyabrın 4-də təslim olan bir terrorçunun ifadəsində deyib: "Təşkilatın təsirli adlarından R.Ş. və B.Ə. adlı qadın terrorçuların təşkilat rəhbərlərindən Murad Karayılan ilə yanlış münasibətlər içində olduqları və hər həftə Qarayılanın istəyi ilə onun yanına getdikləri məlumatları yer alıb.
İfadələrə görə, xain terror təşkilatının rəhbərləri uşaqların əlinə silah, ağzına narkotik verib ölümə göndərərkən, hər gün bir başqa qadınla və uşaq yaşındakı qızlarla pozğun istəklərini təmin edir. Bu vəziyyətə etiraz edənlərə edama qədər varan cəzalar verilərkən, rəhbərlərin azğın istəklərinə tabe olanlar yüksək vəzifələrə gətirilir.
Sentyabr ayında təslim olan bir başqa terrorçunun ifadəsinə görə isə B.M. adlı bir kişi terrorçunun iki kişi terror təşkilatı mənsubu ilə münasibət yaşadığı, bu tip yanlış münasibətlərin başqa qruplarda da çox görüldüyü, xüsusilə uşaqların istismarının çoxaldığı öyrənilib.
Təhlükəsizlik mənbələrindən verilən məlumatlara görə, baş verən bu cür azğınlıqlar, təşkilatdan qaçışları sürətləndirən mühüm amillərdən birini təşkil edir.