Arda Turanın hamilə xanımı OD PÜSKÜRDÜ: Nə qədər axmaqlıq varsa...
11-10-2018, 10:50
Xəbər verdiyimiz kimi, futbolçu Arda Turan dünən “Gizli Kalsın” adlı məkanda müğənni Berkayın burnunu sındırıb. İddialara görə, məşhurlar arasındakı mübahisə futbolçunun müğənninin xanımına sataşması olub. Berkay Şahinin burnunu sındıran futbolçu Arda Turanın hamilə həyat yoldaşı Aslıhan Doğan baş verənlərə biganə qalmayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Doğan gündəmi zəbt edən qalmaqalla bağlı insataqramda açıqlama verib. O bildirib ki, kənar şəxslər onun ailəsinə zərər verə bilməz:
"Yaşananlarla daim təkmilləşmiş bir insan, ailədə gördüyü tərbiyə nəticəsində ailə anlayışının nə olduğunu yaxşı bilən bir övlad, təxmin ediləndən çox daha güclü bir qadın və ən əsası bir ana namizədi olaraq yazıram. Münasibətimin ilk günündən tumuş izdivacıma və bu günə kimi nə qədər axmaqlıq varsa, qarşıma təqdim olundu. Fərqli məqsədlərə xidmət edən, məni sosial platformada tənqid etməyi özündə haqq görən və təəssüf ki, bədbəxtliklə qidalanan dözülməz insanlarla qarşılaşdım.
Səbrim bir çox dəfə sınağa çəkilsə də, bu günə qədər heç kəsə istədiyini vermədim. Bu gün də verməyəcəyəm. Allahın izni ilə oğlumu qucağıma almağıma çox az qaldığı halda yazılıb-pozulanlar heç bir şeyin və heç bir üçüncü şəxsin mənə və ailəmə zərər verməyə qadir olmadığını bilin".
Qeyd edək Arda Turan ötən illərdə məşhur gözəllərlə instaqram yazışmaları ilə gündəmə gəlmişdi.