Məşhur müğənninin burnunu qıran futbolçuya cinayət işi açıldı –Həbs təhlükəsi var

11-10-2018, 22:08           
Məşhur müğənninin burnunu qıran futbolçuya cinayət işi açıldı –Həbs təhlükəsi var
“Başakşehir” klubunun futbolçusu Arda Turana qarşı cinayət işi açılıb.

Teleqraf.com xəbər ki, tanınmış müğənni Berkay Şahinin həyat yoldaşına sataşan futbolçu ona ağır bədən xəsarəti yetirib. Üstəlik davada silahdan da istifadə edib.

Şahidlərin ifadəsinə görə, Arda Turan Berkay Şahini kəllə ilə burununu qırdıqdan sonra içkili vəziyyətdə xəstəxanaya gedərək üzərində gəzdirdiyi tapançadan ona atəş açıb. İşi araşdıran müstəntiqlər güllə qəlpəsini maddi sübut kimi cinayət işinə əlavə ediblər. Prokurorluq A.Turanın dərhal yaxalanaraq məhkəmə qarşısına çıxarılması barədə göstəriş verib.

Qeyd edək ki, ifaçının həyat yoldaşı Özləm Ada Şahin məsələ ilə bağlı deyib: “Arda Turan qoluma toxundu, əyilərək qulağıma “Evli olmasam səni qaçırardım. Çox gözəl qızsan” dedi. Mən də “özünə gəl” dedim. Bunu Berkay gördü və Ardanın qulağına “İndi arvadımı göndərirəm. Kişi kimi danışarıq” dedi. Berkay məni evə göndərmək istədi. Başını çevirəndə Arda yumruq atdı. Hadisə anidən oldu. Berkay onu vurmadı”.

Berkayın burnu qırılıb və onu xəstəxanaya aparıblar. Arda isə silahla xəstəxanaya gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.