ABŞ-la TÜRKİYƏ BRANSONUN AZADLIĞINA RAZİLAŞDI –Sanksiyalar ləğv edilir

12-10-2018, 07:27           
ABŞ-la TÜRKİYƏ BRANSONUN AZADLIĞINA RAZİLAŞDI –Sanksiyalar ləğv edilir
Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Bu barədə “The Washington Post” qəzeti öz elektron versiyasında məlumat dərc edib.

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edir ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər.

Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru