Ardanın silahlı davasının görüntüləri yayıldı - Video

13-10-2018, 08:22           
Ardanın silahlı davasının görüntüləri yayıldı - Video
Türkiyə millisinin sabiq üzvü Arda Turanın müğənni Berkay arasında baş vermiş davanın görüntüləri yayılıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hazırda “Başakşəhər”in formasını geyinən yarımmüdafiəçinin gecə klublarının birində müğənni ilə insident yaşadığı və onun burnunu 15 müxtəlif yerdən qırdığı bildirilib.

A. Turan son açıqlamasında baş verənləri təsdiqləyib. Amma o, müğənninin həyat yoldaşına sataşmadığını bildirib: "Mövzu Arda Turan olanda media gerçəkləri yox, şayiələri yazır. Bu, həmişə belə olub. Bu dəfə belə bir çirkin iftira ilə məni təkcə ictimaiyyət qarşısında deyil, 8 aylıq hamilə xanımım qarşısında da alçaltmağa çalışdılar. O gecə nələr baş verdiyini uzun-uzadı danışa bilərəm. Orada olan xanımların heç birini tanımırdım və ailəmi aşağılayacaq hər hansı addıma əsla və əsla yol vermərəm. Deyilənlərin hamısı yalandır. O gecənin əvvəlində olanlarla bağlı heç bir şey söyləməyə ehtiyac duymuram".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı istintaq başlayıb. A.Turanın sataşdığı iddia olunan müğənninin həyat yoldaşı Özlem Şahin 31 yaşlı yarımmüdafiəçini prokurorluğa şikayət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru