Yeni baş nazirdən türkmanlara yaşıl işıq – Salehi açıqladı

13-10-2018, 09:44           
Yeni baş nazirdən türkmanlara yaşıl işıq – Salehi açıqladı
İraqın yeni baş naziri Adil Əbdülmehdi İraq Türkmən Cəbhəsini ziyarət edib.

Bu haqda Axar.az-a İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi məlumat verib. O bildirib ki, Adil Əbdülmehdi İraq türkmanlarının yeni qurulacaq hökumət haqda düşüncələri ilə tanış olub:

“Görüşdə bir sıra mühüm mövzuları müzakirə etdik. Cənab Adil Əbdülmehdi ilə apardığımız müzakirələr zamanı yeni qurulacaq hökumətin daxilində türkmanların ciddi bir şəkildə yer alması gərəkdiyini bildirdik. Bizim kürd məsələsi daxil olmaqla, bir çox problemimiz mövcuddur və onların aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazır olduğumuzu dilə gətirdik.

Hörmətli Adil Əbdülmehdi bəy öz növbəsində yeni qurulacaq hökumətdə türkmanların təmsil olunacağına, qərar sahibi olacaqlarına söz verdi. Baş nazir İraq türkmanlarının tarixinin uzaq keçmişə dayandığını və onların varlığının ölkənin ərazi bütövlüyü baxımından mühüm əhəmiyyət daşıdığını da vurğuladı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.