Türkiyənin azadlığa buraxdığı keşiş ABŞ prezidenti ilə görüşüb

14-10-2018, 09:01           
Türkiyənin azadlığa buraxdığı keşiş ABŞ prezidenti ilə görüşüb
Oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

“Report”un məlumatına görə, D.Tramp görüş zamanı bildirib ki, keşişin buraxılması ikitərəfli münasibətlər üçün irəliyə doğru böyük addımdır.

"Bu bizim münasibətlərimizdə böyük addım olacaq", - deyə o, keşişlə görüşü zamanı bildirib.

Tramp yenidən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, son vaxtlar Vaşinqton və Ankara arasında münasibətlərdə narahatlıq yaranmışdı, lakin indi onlar yoluna düşə bilər.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ Türkiyə hakimiyyəti ilə Bransonun azad olunması müqabilində hər hansı bir razılaşma əldə etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru