Amerikalılar Qazaxıstanda dövlət çevrilişi ehtimalından danışır

14-10-2018, 21:01           
Amerikalılar Qazaxıstanda dövlət çevrilişi ehtimalından danışır
Qərb mətbuatında Qazaxıstanda siyasi böhranın olacağını ehtimal edən yazılar peyda olub. Misla üçün, Amerikada “Milli maraq uğrunda mərkəz” qeyri-hökumət politoloji təşkilatının (daha çox Nikson mərkəzi kimi tanınır – 20 yanvar 1994-cü ildə Riçard Nikson tərəfindən təsis olunub) hərbi-siyasi mövzularda yazan “The National Interest” analitik nəşri faktiki olaraq artıq ictimaiyyəti Qazaxıstanda inqilaba hazırlayır.

“The National Interest” cəsarətlə bəyan edir: növbəti siyasi böhranı Qazaxıstanda gözləmək lazımdır.

Bu cür əminliyə əsas kimi Qazaxıstan parlamentinin spikeri Qasım-Comərd Tokayevin ötən yay BBC-yə dediyi sözlər götürülür. O vaxt spiker bildirmişdi ki, hazırda 78 yaşı olan və ölkəni 1990-cı illərin əvvəllərində müstəqiliyyini qazandığı vaxtdan idarə edən prezident Nursultan Nazarbayev 2020-ci ildə növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

Düzdür, “The National Interest”in yazdıığına görə, bundan az sonra Tokayev geri addım ataraq bəyan etmişdi ki, “onun sözlərini belə dramatik qəbul etməyə ehtiyac yoxdur”.

Buna baxmayaraq, onun şərhləri bir sıra fərziyyələrin yaranmasına səbəb oldu və bunlar əsas etibarilə iki məsələyə aid idi: Nazarbayev nə zaman istefa verməyə hazırlaşır? Hakimiyyətin stabil dəyişikliyini təmin etməık üçün o, hansı addımları atacaq?

“Bu doğrudur ki, Qazaxıstanda istənilən qeyri-stabillik Vaşinqtonda narahatlıq yaradacaq... Bütün müstəqillik illəri ərzində ölkədə sabitliyi qoruyub saxlamaq mümkün olub, lakin Nazarbayevdən sonrakı dövrdə bunu etmık o qədər də asan olmayacaq.

...Beynəlxalq sülh uörunda Karnegi Fondunun əməkdaşı Pol Stronski qeyd edir ki, Nazarbayev Qazaxıstanın suverenliyinin yaradıcısı və qarantı kimi vacib rol oynayır...”

Bəs Qazaxıstanda siyasi böhran mümkündürmü? Virtualaz.org üçün “The National Interest”in məqaləsini şərh edən qazaxıstanlı politoloq Sultanbek Sultanqaliyev deyir ki, ölkədəki real vəziyyət məqalədə göstərilən mənzərədən xeyli fərqlidir. “Ola bilsin ki, məqalə müəllifləri arzu olunanı mövcud reallıq kimi qələmə vermək istəyirlər, lakin bu halda belə hazırkı vəziyyət bütün fərziyyələri alt-üst edir", - ekspert qeyd edib.

Sultanbek Sultanqaliyev

Onun fikrincə, 2020-ci ildə Nazarbayevin namizədliyini irəli sürməyəcəyi ilə bağlı deyilənlər adi “informasiya testi”dir. Bununla hakimiyyət sanki həmin fikrə cəmiyyətin və ekspert cameəsinin rəyini aydınlaşdırmaq istəyir. Eyni zamanda, parlament spikerinin Nazarbayevlə yaxınlığı nəzərə alınarsa, bu fikrin prezidentin xəbəri olmadan deyilməsi qətiyyən inandırıcı deyil.

Sultanqaıliyev deyir ki, ölkədə hakimiyyətin tranziti prosesi hələ 2017-ci ilin martında elə Nazarbayevin özü tərəfindən başlanıb. Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, hakimiyyət bölgüsü baş verib və bu proses seçki qanunvericiliyinə ediləcək düzəlişlər, yerli idarəetmə orqanlarına seçkilərin proporsional sistemlə həyata keçirilməsinin tətbiqi iə davam edib.

Sultanbek Sultanqaliyev əlavə edib ki, rəngli inqilab üçün Qazaxıstanda şərait yoxdur. İctimai-siyasi vəziyyətin stabiliyini poza biləcək yeganə amil yuxarı eşelonlarda mövcud olan fikir ayrılıqları ola bilər ki, bunun da ehtimal faizi statistik xətadan çox deyil.

Ekspertin sözlərinə görə, ölkədə fəaliyyət göstərən və karbohidrogen ehtiyatlarının satışından gələn pulların toplandığı Milli rufah fondu istınilən iqtisadi böhranın və problemlərin öhdəsindən gəlmək üçün yetərli həcmdədir.

Yaxın qonşulara gəlincə, nə Çin, nə də Rusiya Qazaxıstanda vəziyyətin gərginləşməsinin marağında deyillər. Ölkədə fəaliyyət göstərən transmilli şirkətlərin mövcudluğu isə həmin istəyin ABŞ vəı Avropa İttifaqında yaranması ehtimalını da heçə endirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.