“Koronavirus testləri imkansız vətəndaşlar üçün pulsuz olmalıdır”

2-07-2020, 00:00           
“Koronavirus testləri imkansız vətəndaşlar üçün pulsuz olmalıdır”
Koronavirusla bağlı testlərinpullu olması son vaxtlar cəmiyyətdə müəyyən narazılıq doğuran əsas məsələlərdənbiridir.

Pandemiya ilə bağlı testlərinpullu olması nə dərəcədə məntiqlidir? İmkansız şəxslərin bu testlərdən pulsuzyararlanmasının təmin olunması mümkündürmü?

Moderator.az-a açıqlamaverən millət vəkili Fazil Mustafa imkansız vətəndaşlar üçün koronavirus testlərinin pulsuz olmasının vacibliyinivurğuladı:

“Koronavirusla bağlıtestlərin pulsuz olması çox vacibdir. Əhali 100-150 manatı hardan tapıb bu testəversin? Elə insanlar var ki, imkanı var və könüllü şəkildə bu testdən keçir,koronavirusa yoluxub-yoluxmadığını müəyyənləşdirir. Lakin imkansız insanlarüçün bu testlər pulsuz olmalıdır. Bu yükü vətəndaşın üzərinə qoymaq olmaz. Vətəndaşhəm cannın hayına qalmalı, həm dərman axtarmalı, dərmana da pul verib almalı, həmdə testdən keçməyə pul tapmalıdır. Bunlar absurd bir şeydir. Vətəndaşın vəziyyətinianlamaq lazımdır.

Bu testi kütləvi şəkildəhəyata keçirmək elə də asan məsələ deyil. Amma yoxsul, aztəminatlı insanlarüçün bu, pulsuz olmalıdır. Bu məsələdə pullu xidmətin mövcudluğu anlaşılandeyil. Imkansız adamlara bu testdən pulsuz keçmək üçün şərait yaratmaqlazımdır. Xeyli insan var ki, adi yol pulu ödəmək imkanı yoxdur. Belə bir insantəbii ki, testdən keçmək üçün gərəkli vəsaiti tapa bilmir və əgər yoluxubsa, ozaman xəstəliyin yayıcısı olur. Onsuz da dərmanlarla bağlı problemlər var. İnsanlarlazımi dərmanları tapa bilmir. Evdə müalicə haqqında danışırıq. Əgər evdəmüalicə alacaqlarsa, heç olmasa elə etmək lazımdır ki, apteklərdə dərman olsun.Insanlar özlərini qoruya bilsinlər. Bu məsələlər dərhal öz həllini tapmalıdır.

Biz əgər vətəndaşa “evindəotur” deyiriksə, onun maddi təminatını ödəməliyik. Bu məsələdə hər kəs fədakarlıqetməlidir. Həm hakimiyyət, həm biznes qurumları, həm də cəmiyyət birlikdə bu problemiçözməyə çalışmalıdır. Konsensus əsasında müəyyən işlər görülməlidir. Biz bütüncəmiyyət olaraq səfərbər olmalıyıq ki, evində ərzaqsız, köməksiz vətəndaşqalmasın. Testdən keçmək istəyən imkansız vətəndaşların bu testdən pulsuz keçməsitəmin olunmalıdır. Bu, xəstəliyin vaxtıdna aşkarlanması baxımından da vacibdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.