Məşhur Qara Tofiq (Huseynli Tofiq) Rusiyada yaşayan məşhurlarımıza səsləndi: "Rusiyada yaşayan Azərbaycanlı iş adamları.."

13-10-2020, 17:09           
Məşhur Qara Tofiq (Huseynli Tofiq) Rusiyada yaşayan məşhurlarımıza səsləndi:
Əziz həmvətənlərim, soydaşlarım bildiyimiz kimi erməni faşistlərin vətənimizə və millətimizə qarşı terroru və soyqrimi davam edir. Əsrlər boyu bu xain və mənfur millət bizi kürəyimizdən vurub, bu gün də namərdcəsinə döyüş meydanında savaşmaqdansa yalnız əxlaqı olmayan birinin etdiyini edərək dinc əhalini hədəf alır.
Teref.az yazır ki, bunu məşhur Huseynli Tofiq (Qara Tofiq) öz müraciətində yazıb!
Bu ilin iyul ayında doğma elim olan Tovuza, sentyabrın sonlarında isə Qarabağətrafı bölgəyə xain hücumlardan sonra düşmən mülki əhalini və cəbhə xəttindən çox uzaqda olan ərazilərimizi hədəf aldı. Gəncə, Mingəçevir, Naftalan şəhərləri, bir neçə rayon raket hücümüna məruz qaldı. Onlarla dinc əhali öldü, yüzlərlə yaralı var. Ermənistan insanlığa qarşı cinayət işləmiş, terrorçu dövlət olduğunu bir daha təsdiq etmişdir.
Alınan məlumatlardan bəlli olur ki, sülh və atəşkəsdən car çəkən bir sıra dövlətlər işğalçı Ermənistanı yenidən, müasir hərbi texnika və artilleriya ilə silanlandıraraq vətənimizə qarşı təcavüzün iştirakçılarına çevrilirlər. Belə şəraitdə iş və söz həm də həmin ölkələrdə, ümumiyyətlə müxtəlif ölkələrdə yaşayan tanınmış elm, siyasət, mədəniyyət, idman və iş adamlarının üzərinə düşür.
Əlbəttə, çoxları bu savaş dönəmində dövlətimizin və ordumuzun yanında oldular. Ancaq, zənnimcə göstərdiyim təbəqələrdən hər kəs Azərbaycanın haqq mövqeyini və açıq şəkildə müdafiə etməli, yaşadıqları ölkələrin rəhbərliyinə, xalqlarına dərhal müraciət etməlidirlər. Bu, əqidə və baxışlarından asılı olmayaraq hər kəsin Vətən qarşısında borcudur.Hətta şəxsən ziyan çəkmək bahasına olsa belə bu millətin harayı tərəfinizdən açıq şəkildə bəyan edilməlidir.
Rusiyada yaşayan Azərbaycanlı iş adamları: V. Ələkbərov, A. Ağalarov, F. Əhmədov, yəhudi əsilli azərbaycanlılar Q. Nisanov, Z. İliyev sizlərə səslənirəm. Yaşadığınız Rusiya Federasiyası dövlət səviyyəsində düşmən erməniləri hər cür silah sursat və ağır hərbi texnika ilə təmin edir. Həmin silahlardan açılan atəş nəticəsində Vətən savaşında səngərlərdə döyüşən övladlarımız, qardaşlarımız, atalarımız şəhid olur. Yaşayış məntəqələrində, şəhərlərimizdə mülki vətəndaşlarımız, uşaqlar, qadınlar və yaşlı insanlarımız öldürülür. Susmayın!
Rüstəm İbrahimbəyov sizə, elm və incəsənət xadimlərinə müraciət edirəm: Susmayın! Ən azından yaxın keçmişdə V. Kikabidze nümunəsi var.
Millət ordusu ilə bərabər ölkədən xarıcdə yaşayan tanınmış ziyalısının, incəsənət xadiminin, idmançısının və iş adamının hər zaman dəstəyini və mənən onun ynaında olmasını hiss etməlidir. Eyni zamanda bizə bugün oyun quran dövlətlərdə bu birliyi hiss etməlidir.
Vətən dardadır Ulu Tanrının nə yazdığı bəlli olmaz, bugün hər birimizin fəaliyyətində Vətənimizin bu mürəkkəb və qarışıq xəyanət dolu vəziyyətdən necə çıxacağı sualdır. Hər birimizn xeyli yaşı və təcrübəsi var və dərk edirik ki, verilən bu şans bir daha ələ düşməyə bilər.
Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün savaşdayıq və bu yolun nəticəsinin necə olacağı hər birimizdən asılıdır.
UCA TANRI AZƏRBAYCANIMIZI QORUSUN.
Huseynli Tofiq
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.