Fransa deputatları “en”-ci dəfə Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... - Saymazlıq!

11-09-2019, 09:35           
 Fransa deputatları “en”-ci dəfə Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... - Saymazlıq!
ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa parlamentinin üzvləri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq basıb.

Moderator.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, fransız parlamentariləri Xankəndinin girişində qondarma separatçı rejimin qanunsuz və saxta “parlamenti”nin sədr müavini Vaqram Balayan qarşılayıb.

Fransa Senatı üzvlərinin gəlişinin məqsədi aydındır – separatçı-terrorçu erməni rejiminin dünyada “müstəqil dövlət” kimi tanınmasına çalışmaq...

P.S. 1994-cü ildən bəri artıq “en”-ci dəfədir ki, Fransa deputatları Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qonağı olurlar. Buna yalnız bir ad vermək olar: Azərbaycanın ərazi bütövlüyünü və deməli, Azərbaycan xalqını, dövlətini heçə saymaq...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.