Şıxovda "Eldarado" çimərliyində dənizi "özəlləşdiriblər: " "qardaş, obyekt mənimdi, özüm bilərəm"

14-08-2020, 00:09           
Şıxovda "Eldarado" çimərliyində  dənizi "özəlləşdiriblər: "
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Ceyhun Kələşov Şıxovda yerləşən "Eldarado" çimətliyində qiymətlərin bir günün içində 2 dəfə bahalandığından şikayət edir. Ceyhun Kələşov yazır:
Şikayətim Şıxovdakı Eldorado çimərliyindəndir. Bildiyiniz kimi çimərliklər yeni açıldığı üçün demək olar ki, hər yerdə sıxlıqdır.
Dünən Eldoradoya getdik, 2 nəfər üçün 2+2 azn giriş pulu, 1 çətir 4 azn, 2 lejanka üçün isə 4+3 azn - ümumilikdə 15 azn pul ödədik, xidmət və qiymətlərdən razı qaldıq.
Bu gün də ora getməyə qərar verdik. Eldoradoya çatdıq 2+2 azn giriş ödənişini etdik və çimərlik tərəfə keçib 1 çətir və 1 lejanka istədik, 15 azn məbləğində qiymət oxudular. Mən də təbii olaraq etirazımı bildirib dünən və bu gün arasında niyə belə fərq olduğunu soruşanda "qardaş, obyekt mənimdi, özüm bilərəm" cavabını aldım.

Deyirəm yaxşı, tək çətir neçəyədir? Deyir 10 azn, lejanka da 5 azn. Nəysə, biz orda qalmamağa qərar verdik. Çıxışda girişdə verdiyimiz ödənişi götürəndə 1 nəfər də orada şikayət edirdi ki, mənə də çətiri 10 manata lejankanı 4 manata verdilər.
Başqa biri də qayıtdı ki, mənə də 3 manata dedilər. Xülasə bu biabırçılıqda məkanındakı sıxlıqdan harınlamış "obyekt sahibindən" bəhs etdim. Əslində "obyekt mənimdir, özüm bilərəm" deməsəydi, bəlkə də mən bu məsələyə bu qədər baş yormayacaqdım və bu status da yazılmayıb daha sonra İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng etməyəcəkdim. Amma qismət.
Həqiqətəndə bu gün çimərliklərimizdə qiymət başıpozuqluğu baş alıb gedir və heç kimdə bunun qarşısını almaq fikrində deyil!
Teref.az olaraq onuda qeyd etmək istəyirik ki, dəniz və dənz qırağı sahəyə (30 metr) dövlətdən başqa heç kim deyə bilməz mənimdir!
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.