İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran sakinlərini aktiv olmağa çağırıb.
Avopa.info "iran.ru" saytına istinadən xəbər verir ki, iranlı deputat bu sözləri ilə əhalinin açıq-aşkar iğtişaşlara səsləyib.
Həqiqətpur baş verən hadisələri pisləyərək deyib ki, Azərbaycan rəhbərliyi regiondakı hadisələrdən dərs çıxarmalıdır.
Saytın yazdığına görə, Həqiqətpur deyib ki, Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq verir, digər tərəfdən şiələrə qarşı güc tətbiq edir. İranlı deputatın sözlərinə görə, bu cür hadisələrin çox pis nəticələri olacaq.