DD rəsmisi: “ABŞ, Çin və Rusiya arasındakı silah yarışı hamı üçün zərərli ola bilər”

4-07-2020, 13:21           
DD rəsmisi: “ABŞ, Çin və Rusiya arasındakı silah yarışı hamı üçün zərərli ola bilər”
“Birləşmiş Ştatlar effektiv və yoxlanıla bilən silahlara nəzarət sisteminin tərəfdarıdır və Rusiya və Çin ilə hamı üçün zərərli olacaq silah yarışına can atmır”. Teref.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bunu adı çəkilməyən Dövlət Departamenti rəsmisi bildirib.

O qeyd edib ki, ABŞ müttəfiq və tərəfdaşlarının təhlükəsizliyini təmin edəcək effektiv silahlara nəzarət sistemi olmasını istəyir və silah yarışı hamı üçün zərərli ola bilər.

“Üçtərəfli silah yarışı sabitləşmə və Çin və ya Rusiya üçün təhlükəsizliyi artırmaz. ABŞ beynəlxalq silahlara nəzarət sisteminə sadiqdir, lakin Çin ABŞ və Rusiya ilə danışıqlara qatılmalıdır”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru