“Türkiyə ordusunun bu dəfə Azərbaycandan “əliboş” qayıtması hər iki ölkənin maraqlarına zidd olar...”

8-08-2020, 00:01           
“Türkiyə ordusunun bu dəfə Azərbaycandan “əliboş” qayıtması hər iki ölkənin maraqlarına zidd olar...”
"Qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdiriməsi məsələsi təcili öz həllini tapmalıdır..."

Hazırda Türkiyədə yaşayıb-işləyən tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa bu günlərdə Vətənə dönüb.

Türkiyə və Azərbaycan ordularının birgə təlimlərindən qürur hissi keçirdiyini söyləyən istefada olan polkovnik Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində Türk ordusunun bu dəfəki gəlişinin və birgə genişmiqyaslı təlimlərin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdiriməsi məsələsi təcili öz həllini tapmalıdır. Çünki regiondakı hazırkı hərbi-siyasi durumda bu, Azərbaycanla yanaşı, rəsmi Ankaranın öz maraqlarına da uyğundur. Və təbii ki, yalnız vaxtaşırı birgə hərbi təlimlərlə kifayətlənmək olmaz. Qarabağın - işğal altındakı torpaqlarımızın azad edilməsi üçün təcili və konkret hərbi-siyasi addımlar atılmalıdır. Bu baxımdan Türkiyə ordusunun bu dəfə də Azərbaycandan “əliboş” qayıtması hər iki ölkənin maraqlarına zidd olar... Bu, çox aspektli bir məsələdir, gərək bu barədə geniş söhbət edək...”

Arif Paşa ilə deyilən mövzuda, eləcə də Türkiyədə xalqın Qaraba məsələsinə gerçək münasibəti haqda geniş müsahibəni yaxın müddətdə saytımızda oxuya bilərsiniz.

Moderator.az-ı izləyin!

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.