Artıq Siraqəddin Cabbarovunda vaxtı çatıb- Gedməli ya da aparılmalıdır...

2-07-2020, 11:27           
Artıq Siraqəddin Cabbarovunda vaxtı çatıb-
Hazırda icra başçılarına qarşı sərt cəza tədbirləri səngimiş kimi görünsə də, əslində bu belə deyil və yeni həbslər ola bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiyda daxil olub.

Hədəfdə olan icra hakimiyyəti başçılarından biri də hazırda Sabirabada rəhbərlik edən Siraqəddin Cabbarovdur. Bu iddia ilə çıxış edən məlumatlı mənbənin sözlərinə görə, bir müddət əvvələ qədər Saatlıya rəhbərlik edən Siraqəddin Cabbarov da hazırda barələrində hüquqi işləm başladılan sabiq icra başçıları kimi məhz korrupsiya və rüşvətxorluq səbəbindən "yuxarıların" növbəti hədəfi ola bilər.

Mənbənin dia.az-a söylədikləri: "Bunu elə Siraqəddin Cabbarovun özü də yaxşı bilir. Başa düşür ki, dalana dirənib. Yeniləşən şərtlərlə işləyə bilmir, köhnə vərdişləri onun xarakterik keyfiyyəti olduğundan ən qısa zamanda barəsində cəza tədbirinin işə düşməsi qaçılmazdır".

Mənbə xatırladır ki, Sabirabadın icra başçısının adı barəsində ən çox giley olunan RİH rəhbərlərindən biri kimi də rəsmi qeydlərə düşüb.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru