YAP-çı millət vəkili ƏSƏBLƏŞDİ: - "Məqsədiniz nədən ibarətdir?"
15-08-2017, 16:41

Millət vəkili sosial şəbəkələrdə erməni əsgəri ilə bağlı yayılan məlumatlara əsəbləşdi.
BiG.AZ xəbər verir ki, YAP-çı millət vəkili Aydın Mirzəzadə evin bir oğlu olan erməni əsgərinin hərbçilərimiz tərəfindən zərərsizləşdirilməsi ilə bağlı yayılan məlumatlara əsəbləşib. O insanları düşmənə qarşı mərhəmətsiz olmağa və düşmənə qarşı daim qəddar olmağa səsləyib:
"Dünən Azərbaycanın Ermənistan tərfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olub.
Bu gün isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar.
Düşmən əsgərinin şəklini verməkdə və onun ailə vəziyyətini yazmaqda məqsəd nədən ibarətdir? Bunu başa düşə bilmirəm.
Həmin əsgər düşməndir, o mənim torpağımda işağlı davam etdirməkdən ötrü gəlib. O hər an Azərbaycan əsgərini öldürməyə hazır olub, o dövlətinin ondan istifadə etməsindən xəbərdar olub.
İndi biz ona göz yaşımı tökməliyikmi, onun ailəsi ilə ürəyimizdən qara qanlarmı axmalıdır ? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırırq?
Düşmən əsgərinın itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarını verilməsi heç də hərbi-vətənpərvərlik hissinin təbliğinə kömək etmir. Sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun sabah cəbhə xəttində mətin qulluğuna kömək etmir".