NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"

5-12-2018, 08:44           
NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
ABŞ-ın Milli Asronavtika və Kosmos İdarəsinin (NASA) SETİ (Yer kürəsindən kənar ağıllı həyat araşdırmaları) qurumunda işləyən Silvano Kolombano Uçan Naməlum Obyektlər (UNO) və yadplanetlilər haqqında ilginc açıqlama verib.

Publika.az xəbər verir ki, NASA mütəxəssisi yadplanetlillərin artıq Yer kürəsinə səfər etmiş ola biləcəyini deyib.

Onun sözlərinə görə, yadplanetlilər olduqca kiçik ölçülərə sahib ola bildikləri üçün insanlar onları görməyiblər.

“Super zəkalı yadplanetlilər insanların xəyal belə edə bilməyəcəyi ulduzlararası səyahəti təmin edən bir texnologiyaya sahib ola bilərlər”, - deyə NASA mütəxəssisi bildirib.

Qeyd edək ki, həmin alim ötən il verdiyi açıqlamada qeyd etmişdi ki, insanlar yadplanetlilərin görünüşü, yaşayış tərzi və sahib ola biləcəkləri potensial haqqındakı fərziyyələrini yenidən nəzərdən keçirməlidirlər. Çünki yadplanetlilər super-kiçik quruluşda və super-böyük potensialda ola bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.