Hakerlər kiberhücumlar üçün “Windows” sisteminin boşluğundan istifadə edirlər

17-07-2019, 07:50           
Hakerlər kiberhücumlar üçün “Windows” sisteminin boşluğundan istifadə edirlər
“Eset” antivirus istehsalçısı “Windows” əməliyyat sistemlərində aşkar edilmiş “sıfır gün” boşluğundan istifadə edən “Buhtrap” haker qruplaşmasının aktivliyi haqqında məlumat verib.

Teref.az “ICTnews”a istinadən yazır ki, “Win32k.sys” komponentində aşkar edilmiş boşluq kibercinayətkarlara şərqi avropalı istifadəçilərə qarşı hədəfli hücumlar həyata keçirməyə imkan verib.

Mütəxəssislərin sözlərinə görə, sözügedən haker qruplaşmasının hədəfi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində dövlət və ictimai təşkilatlar barəsində kibercasusluq etmək olub.

Əvvəlki kampaniyaların araşdırılması nəticəsində məlum olub ki, cinayətkarlar çox vaxt zərərverici proqramları qanuni sertifikatlarla imzalayırlar, tələ kimi isə sənədlərdən ibarət fayl bərkitmələrindən istifadə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru